Bakıda avtomobil dayanacağa çırpılıb, xəsarət alanlar var.
Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yeni Suraxanı qəsəbəsində Bakı şəhər sakini Hüseyn Novruzovun idarə etdiyi “Nissan” markalı avtomobil idarəetməni itirərək dayanacağa çırpılıb. Nəticədə dayanacaqda olan üç nəfər – 1978-ci il təvəllüdlü Tahirə Mahruzova, 1986-cı il təvəllüdlü Həsən Əliyev və orta yaşlı kişi xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.