Bakıda avtomobil motosikleti vurdu: Sürücü hadisə yerindən qaçdı

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, Bilgəh qəsəbəsində 2001-ci il təvəllüdlü Əliyev Əliheydər Mirhəsən oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən onu avtomobil vurub.

Qəzanı törədən avtomobil sürücüsü hadisə yerindən yayınıb.

Hadisənin təfərrüatı araşdırılır.