Bakıda avtomobil park etmək üstündə – Kütləvi dava

ppx_police_azerb_polis_patrul1Bakı sakini bir qrup şəxs tərəfindən döyülməsi ilə bağlı polisə müraciət edib.

Şikayət ərizəsilə müraciət edən 1965-ci il təvəllüdlü Əhədov Çingiz Tofiq Şoğlu Ş.Şamil küçəsi 22 ünvanının qarşısında avtomobilini park etdiyi üçün qonşuları tərəfindən döyüldüyünü bildirib.

Şikayətçi qonşuluqda yaşayan 57 yaşlı İntiqam Babayevlə oğlu 25 yaşlı Vüsalın, eləcə də 1990-cı il təvəllüdlü Məhərrəm Quliyevin hücumuna məruz qaldığını və ona fiziki zorakılıq göstərildiyini əlavə edib.

Müraciət əsasında araşdırma aparılır(lent).