Bakıda avtomobil piyadaları vurdu: Ölən var

Bakıda avtomobil iki piyadanı vurub, ölən var.

Yenicag.az xəbər verir ki, hadisə iyulun 26-sı saat 20:45 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Allahverdili Kənan Anar oğlu idarə etdiyi “Kia Rio” markalı avtomobillə hərəkətdə olan zaman piyadalar – 1998-ci il təvəllüdlü Dadaşova Afət Yaqub qızı və 1969-cu il təvəllüdlü Hacıyeva Zemfira Hüseyn qızını vurub. Nəticədə Z.Hacıyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq davam etdirilir.