Bakıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirdi 

Bakıda avtomobil 26 yaşlı gənci vuraraq ağır xəsarət yetirib.

Yenicag.az xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Hövsan qəsəbəsində “Mercedes” markalı avtomobil yolu keçən 1996-cı il təvəllüdlü Altun Cəfərovu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sol ayağın çoxsaylı sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.