Bakıda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda, Ramana qəsəbəsində baş verib.

Belə ki, sürücüsü hələlik müəyyənləşdirilməmiş avtomobil “Şuşa şəhərciyi” ərazisində 1986-cı il təvəllüdlü Əkbərov Rafiq Tofiq oğlunu vurub.

Yarali 3 sayli Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb.

COP29