Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda avtomobil piyadanı vurararaq öldürüb-Video

99141fc2e2b4dcd28deb1fd9f7654da7Ötən gecə Bakının Yasamal rayonunda bir nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Tbilisi prospektinin 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olan naməlun avtomobil yolu keçmək istəyən 50-55 yaşlarında kişi piyadanı vurub. Piyada zərbənin gücündən vurulduğu yerdən bir neçə metr kənara düşüb və aldığı xəsarətlər nəticəsində hadsə yerində dünyasını dəyişib. Hadisəni törədən sürücü isə yaralıya yardım etmək əvəzinə ərazidən uzaqlaşmağa üstünlük verib.

Qeyd edək ki, piyada yerüstü piyada keçidinin altında vurulub. O, yolu piyada keçidi ilə yox, qadağan olunmuş yerdən keçmək istəyib və faciəli hadisənin qurbanl olub.

Qəzadan sonra hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlari cəlb olunub. Meyitə və hadsə yerinə ilkin baxiş keçirilib. Hadisənini baş verdiyi ərazidəki təhlükəsizlik kameralarının görüntülərinə baxıldıqdan sonra piydani vuran avtomobil müəyyən ediləcək. Əməliyyatçılar vurulan piydanın şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində də iş aparırlar.

www.yenicag.az

326