Bakıda avtomobil piyadanı vurdu – Oğlanın ayağı qopdu – FOTO/VİDEO

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə A.Nobel prospektində, Bakı İstilik Elektrik Mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobil yolu keçən piyadanı vurub. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb./Report/