Bakıda avtomobil piyadanı vurub öldürüb – FOTO

Bakının Nəsimi rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, Ziya Bünyadov prospektində yolu keçmək istəyən yaşlı kişini Etibar İsgəndərovun idarə etdiyi

“90-ZR-927” dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtomobil vurub.

Piyada hadisə yerində keçinib. Sürücü Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Yenicag.az