Bakıda avtomobil qadını vuraraq öldürdü

Bakıda avtomobil yolu keçən qadını vuraraq öldürüb.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, hadisə ötən gün saat 10 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini P.Babayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Səmayə İsrafilovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.