Bakıda avtomobil qadını vuraraq öldürdü

Bakıda minik avtomobilinin vurduğu qadın ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini İ.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Təranə Muradxanovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.