Bakıda avtomobil soyuldu – 6 min manatlıq oğurluq

Bakıda avtomobildən oğurluq edilib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Xəbərə görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir avtomobildən 6000 manat dəyərində faranı oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini E.Talıbov saxlanılıb.