Bakıda avtomobil təmiri sexi yandı

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 270 m² olan, 5 boksdan ibarət avtomobil təmiri sexinin 1 boksunun yanar konstruksiyaları 65 m² sahədə yanıb.

Yenicag.az FHN-in saytına istinadən xəbər verir ki, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.