Bakıda avtomobil təmiri sexi yandı

Bakıda avtomobil təmiri sexi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Binəqədi rayonunda ümumi sahəsi 114 m² olan tikilinin (avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) içərisində işlənmiş ehtiyat hissələri 4 m² sahədə yanıb.

Tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.