Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Bakıda avtomobil tibb bacısını vuraraq öldürdü

Paytaxtın Nəsimi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, “28 May” metrostansiyası yaxınlığında “Mercedes” markalı taksi yolu keçmək istəyən, 1992-ci il təvəllüdlü Nəzərova Firəngiz Eldar qızını vurub. Yaralı sürücü tərəfindən dərhal yaxınlıqdakı özəl klinikalardan birinə çatdırılıb. Xəstənin vəziyyəti ağır olduğundan o sonradan 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. F.Nəzərova orada vəfat edib.

Qeyd edək ki, F.Nəzərova Bakıdakı özəl klinikalardan birində tibb bacısı olub./ONA/

www.yenicag.az

3464