Bakıda avtomobil yandı

Bakı şəhərinin Binəqədi rayonunda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.