Bakıda avtomobil yandı

Bakı şəhərinin Yasamal rayonunda “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi, ön təkərləri və idarəetmə lövhəsi yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a məlumat verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.