Bakıda avtomobil yandı

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakının Nərimanov rayonunda “İran Khodro” markalı minik avtomobilinin idarəetmə lövhəsi və mühərrikinin yanar hissələri qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.