Bakıda avtomobil yandı

Bakı şəhərinin Yasamal rayonunda “Ford” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Yenicag.az FHN-ə istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.