Bakıda avtomobil yandı – Xəsarət alan var

Bakıda avtomobil yanıb, xəsarət alan var.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Belə ki, Qaradağ rayonunda “Opel” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.