Bakıda avtomobildən 38 min manat dəyərində qızıl oğurlandı

Bakının Yeni Günəşli qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobildən 38 000 manat dəyərində qızıl-zinət əşyaları qeyri-aşkar şəraitdə oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə barədə polisə məlumat daxil olub.
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü T.Mehrəliyev və Z.Mehrəliyev müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

COP29