Bakıda avtomobildən oğurluq edildi

Nəsimi rayonu ərazisində avtomobildən pul və qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən  Yenicag.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 27-də rayon ərazisində “Hyundai” markalı avtomobildən pul və 3 200 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Namazov saxlanılıb.