Bakıda avtomobillə motosiklet toqquşdu: Ölən var

Bakıda avtomobillə motosiklet toqquşub, ölən var.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə mayın 4-ü saat 15 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakinləri – C.Zöhrabovun idarə etdiyi “Opel” markalı avtomobillə Ramin Cabbarovun idarə etdiyi “Haujue” markalı motosiklet toqquşub və nəticədə motosikletçi hadisə yerində ölüb.

Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.