Bakıda avtomobillər piyadaları vuraraq öldürdü

Bakıda avtomobillər piyadaları vuraraq öldürüb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə iyulun 29-u saat 21 radələrində Xətai rayonunun Zığ yolunda qeydə alınıb.

Belə ki, paytaxt sakini Y.Quliyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən paytaxt sakini Telman Dünyamalıyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada iyulun 30-da orada ölüb.

Bundan başqa, iyulun 30-u saat 21 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Qax rayon sakini O.İmamov idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən Umbakı qəsəbə sakini Kərim Alcanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.