Bakıda avtomobillər toqquşdu: Ölən var

Novxanıda avtomobillər toqquşub, ölən var.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 2-də saat 14 radələrində Binəqədi rayonu Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakinləri – A.Mirzəyevin idarə etdiyi “Hyundai” və Səbuhi Seyidovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş S.Seyidov ölüb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.