Ads by Google

hightechnic
Ads by Google

toq

Bakıda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində “Mercedes” markalı, 99 GR 637 dövlət qeydiyyat nişanlı və “Hyundai” markalı, 10 VJ 354 nömrəli iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdə olan şəxslərdən biri vəfat edib. Daha iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, qəzada ölən şəxsin 29 yaşı olub. Yaralıların hər ikisi isə 1989-cu il təvəllüdlüdür.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 56
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."