Bakıda avtomobillər toqquşdu, yolun kənarında oturan qadın öldü

Bakıda avtomobillər toqquşub.

Yenicag.az xəbər verir ki, Bakıxanov qəsəbəsi ərazisində Ələkbərov Anar Yasin oğlunun idarə etdiyi “Chevrolet Cruz” markalı avtomobillə Qasımov Ələddin Rafiq oğlunun idarə etdiyi “Hyundai Santafe” markalı avtomobil toqquşub.

Nəticədə “Hyundai Santafe” markalı avtomobilin idarəetməni itirərək yol kənarında əyləşmiş Həsənova Xuraman Mobil qızını vurub. Yaralı aldığı xəsarətlərdən 3 saylı Sabunçu xəstəxanasında ölüb.