Bakının Nizami rayonunda yanğın baş verib.
Yenicag.az xəbər verir ki, hadisə Mikayıl Əliyev küçəsində yerləşən “Avtopro” avtomobil salonunda baş verib.
Alov salonun “Servis” mərkəzində başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürmə xidmətinin texnikası, təcili yardım və polis əməkdaşları cəlb edilib.
Hadisə zamanı “Mercedes” markalı avtomobil yanıb. Digər avtomobillər alovdan mühafizə olunub.
Salonun mühafizəçisi 1954 -cü il təvəllüdlü Həsənov Eldar Əhməd oğlu tüstüdən zəhərlənib. O, xəstəxanaya yerləşdirilib. Yanğın lokallaşdırılıb. /APA/