Bakıda avtoyuma və taxta sexi kül oldu

Bakıda avtoyuma yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən xəbərdə bildirilib ki, Xətai rayonunda ümumi sahəsi 60 m² olan avtoyuma və taxta sexi kimi fəaliyyət göstərən tikilinin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 100 m² olan ikimərtəbəli mağazanın vitrin şüşəsi 3 m² sahədə yanıb.

Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.