Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda axtarışda olan iki şəxs saxlanıldı

Bakıda axtarışda olan iki şəxs saxlanılıb.

Yenicag.az-ın xəbərinə görə, hadisə Sabunçu və Nərimanov rayon ərazilərində baş verib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin (CM) 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1983-cü il təvəllüdlü İ.Həsənov tutulub.

Bundan başqa, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1991-ci il təvəllüdlü S.Kərimov müyəyyən edilərək saxlanılıb.

Hər iki şəxslə bağlı araşdırma aparılır.

www.yenicag.az

1305
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM