!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda Mustafa Aydınla görüş keçirildi – VİDEO/FOTOLAR

!Reklam – Yazi

Bu gün Bakıda M.Rahim adına 7 saylı tam orta məktəbdə İstanbul Aydın Universitetinin təsisçisi və Avrasiya Universitetlər Birliyinin sədri, dosent Mustafa Aydınla görüş keçirilib.

Yenicag.az xəbər verir ki, görüşdə məktəbin müəllim heyəti, praktika keçən tələbələr və media nümayəndələri iştirak edib.

Tədbiri, giriş nitqi açan məktəbin direktoru Könül Təhməzova iştirakçıları salamlayaraq, Azərbaycan və Türkiyə arasında münasibətlərin qardaşlıq prinsipə əsaslandığını xatırladıb.

“Dünya üzərində elə bir nümunə yoxdur ki, Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olsun. Qardaşlıq münasibətləri fonunda iki ölkə arasında hər sahədə yüksələn xətlə inkişaf müşahidə edilir. Bu inkişaf siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrlə yanaşı, elm və təhsildə də özünü göstərməkdədir. Azərbaycan və Türkiyə əlaqələrində təhsil xüsusi yer tutur. Ölkənin tərəqqisini şərtləndirən əsas amillərdən biri məhz təhsilin inkişafıdır”, – deyə direktor bildirib.

Daha sonra məktəbin şagirdləri tərəfindən milli rəqs nümunələri və musiqi səsləndirilib.

Görüşdə çıxış edən dosent Mustafa Aydın təhsil sisteminin inkişaf etdirilmsəi ilə bağlı öz təcrübələrini dinləyicilərlə bölüşüb.

“Şəxsi inkişaf, yeni texnologiyalar ilə təhsilin gələcək inkişafı hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən təhsilə qayğı hər zaman yüksək səviyyədə olmalıdır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli
Samir Məcidov

www.yenicag.az

337
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv