Bakıda anti-Türkiyə filmi olan “Ayrı salınmış bacılar”ın nümayişi olmayacaq.
Yenicag.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Avropa Film Festivalı çərçivəsində “Odda – İki bacı” filminin dekabrın 5-nə planlaşdırılan nümayişi ləğv edilib.
Xatırladaq ki, daha əvvəl Bakıda fəaliyyət göstərən kinoteatrlar Almaniya və Yunanıstan istehsalı olan bu filmin nümayişindən imtina edib. Buna səbəb filmin məzmununun ölkəmizdə narazılıq yaratmasıdır./Report/