Bakıda azyaşlı 6-cı mərtəbədən yıxıldı

77da9-5581ea584d80Bakıda azyaşlı faciəli şəkildə ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hadisə martın 18-də Binəqədi rayonunda, Cavadxan küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan azyaşlı Ələkbər Zərbəliyev yaşadığı evin pəncərəsindən (6-cı mərtəbədən) yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.