Bakıda bağçada yanğın oldu

1140177195965er7yBakıda yanğın hadisəsi qeydə alınıb.

Yanğın paytaxtın Xətai rayonunda hazırda fəaliyyət göstərməyən ikimərtəbəli uşaq bağçasının 2-ci mərtəbəsində məskunlaşmış, Cəbrayıl rayon məcburi köçkününə məxsus ümumi sahəsi 70 kv.m olan 3 otaqlı mənzilində baş verib. Nəticədə mənzilin mətbəxində mətbəx mebeli 4 kv.m sahədə, “BEKO” markalı paltaryuyan maşın və kondisioner yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub(aznews).