!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda bağlı yolların siyahısı

!Reklam – Yazi

31676“Şənbə və bazar günləri, həmçinin noyabrın 10-da sürücülər şəxsi avtomobillərindən az istifadə etsinlər”.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

O qeyd edib ki, həmin günlər ərzində paytaxtın mərkəzi yollarında (O cümlədən Ziya Bünyadov prospekti, Nərimanov ərazisində təmir olunan yollarda) əsaslı təmir işlərinin aparılması, kommunikasiya xətlərinin dəyişdirilməsi, eyni zamanda yeni asfalt-beton örtüyünün salınması işi başa çatdırılmalıdır: “Sürücülərə müraciət edərək bildiririk ki, 3 gün ərzində maşınlardan maksimum dərəcədə az istifadə edərək, həmin işlərin görülməsinə şərait yaratsınlar”.

Bölmə rəisi sürücülərə alternativ və köməkçi yollardan istifadə etməyi məsləhət görüb: “Hazırda paytaxtda tıxac problemi yaşanmır”, – deyə V. Əsədov əlavə edib.

Ötən gün Bakı yollarında baş verən tıxaca da toxunan polkovnik-leytenant bildirib ki, dünən yollarda bu cür vəziyyət 2 saat davam edib: “Dünən gərginlik yaşandı və 2 saata yaxın sıxlıq davam etdi”.

DYP rəsmisi “tıxac müşahidə olunan yollarda yol polisi gözə dəymir” kimi ittihamlara da cavab verib: “Yol polisinin sayı kifayət etmir ki, Bakının bütün küçə və prospektlərinə nəzarət edə bilsin. Sürücülərin özləri yol hərəkəti qaydalarına riayət etməli, onlarda sürücülük mədəniyyəti olmalıdır” .

Qeyd edək ki, hazırda paytaxtda körpü, tunel tikintisi ilə əlaqədar bir sıra yollar bağlıdır. Yolların bağlanması nəqliyyat vasitələri çox olan Bakıda saatlarla davam edən tıxacların yaranmasına səbəb olur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən lent.az-a verilən xəbərə görə, hazırda körpü-tikinti işləri ilə əlaqədar Ziya Bunyadov prospekti bağlıdır. Bundan başqa, yeni metro tikintisi ilə əlaqədar olaraq Ceyhun Səlimov küçəsi, Hərbi hospitalın qarşısından 3-cü mikrorayon dairəsi istiqamətində yol uzun müddətlik bağlanıb.

Vunq Tau küçəsindən Ukrayna dairəsi istiqamətinə olan ərazi də bağlıdır. Buna səbəb yolda asfalt örtüyünün dəyişdirilməsidir.

Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində asfalt işləri ilə əlaqədar olaraq, Gülayə Qədirbəyova küçəsindən Koroğlu Rəhimov küçəsi istiqamətində təmir işləri ilə əlaqədar olaraq yol bağlıdır.

Salatın Əsgərova küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Bülbül prospekti ilə kəsişməsinə qədər olan hissəsində təmir bərpa işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Xudu Məmmədov küçəsində Həzi Aslanov metrosunun çıxışında metro tikintisi getdiyindən yolun bağlı olduğu bildirilir.(lent.az)

www.yenicag.az

736
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv