Bakıda baş verən qəza sıxlıq yaratdı

Bakıda qəza sıxlığa səbəb olub.

Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a verilən məlumata görə, Heydər Əliyev prospektində – kənar yolda “Koroğlu” metrostansiyası istiqamətində (keçmiş “Şəfa” stadionunun qarşısında) yol-nəqliyyat hadisəsi baş verib.

Bu səbəbdən də həmin istiqamətdə sıxlıq müşahidə olunur.