Bakıda batmaq təhlükəsi olan iki nəfər xilas edildi

Bu gün Bakı çimərliklərində iki nəfər boğulmaq təhlükəsi ilə üzləşib.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, hadisələr Bilgəh və Nardaran çimərliklərində olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən hər iki halda zərərçəkmişlər boğulmaqdan xilas ediliblər.