Bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kubokunda ikinci yarış gününə start verilib.
Yeniçağ.Az-ın “Trend”-ə istinadən verdiyi məlumatına görə, bu gün kişilər və qadınlar arasında batut üzərində fərdi və sinxron proqramda, eləcə də tamblinq cığırında finallar keçiriləcək.
Azərbaycan gimnastlarından kişilər arasında batut üzrə sinxron proqramda medallar uğrunda İlya Qrişunin və Oleq Piunov cütlüyü mübarizə aparacaq. Qadınların finalında isə Azərbaycanı Svetlana Makştarova və Veronika Zemlyanaya təmsil edəcək.
İ.Qrişunin, həmçinin fərdi yarışlarda medal qazanmağa çalışacaq. Bakı tamaşaçıları tamblinq üzrə yarışlarda isə ötən gün finala yüksələn Mixail Malkinə azarkeşlik edəcəklər.
Qeyd edək ki, Dünya Kubokunda 15 ölkədən 85 gimnast iştirak edir.
Yeniçağ.Az