!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda bayram yarmarkasına start verildi

!Reklam – Yazi

Bakıda Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi bayram yarmarkasına start verilib.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə nazirliyin Dövlət Aqrar Ticarət Şirkətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Musayev deyib.

Onun sözlərinə görə, bayram yarmarkası paytaxtda bir yerdə təşkil olunub: “Yarmarka paytaxtın Nizami küçəsi, 154 ünvanında, keçmiş ayaqqabı fabrikinin binasında dekabrın 30-na qədər davam edəcək. Noyabrın 25-dən dekabrın 10-na qədər yarmarkada iştirak etmək istəyən fermerlər həm onlayn, həm də zəng vasitəsilə qeydiyyatdan keçiblər. Bəzi fermerlər isə Dövlət Aqrar İnkişaf mərkəzlərinə müraciət etməklə qeydiyyata alınıblar.

Yarmarkada iştirak və qeydiyyat üçün fermerlərdən heç bir ödəniş tələb olunmayıb. Fermerlər yarmarkada piştaxta, geyim və tərəzilərlə təmin olunub. Yarmarka bu gün səhər saat 08:00-dan fəaliyyətə başlayıb, satış saat 21:00-a qədər hər gün davam edəcək. Yarmarkada kənd təsərrüfatı mallarının satış qiyməti hətta topdan satış qiymətlərindən də aşağı müəyyən edilib. Buna səbəb isə fermerlərdən yarmarkada satdıqları məhsullara görə heç bir ödəniş tələb olunmamasıdır. Ona görə də fermerlər həmin məhsulların qiymətinə başqa xərc əlavə etmir. Yarmarkada heç bir alverçilərin iştirakına icazə verilmir, yalnız fermerlər iştirak edir”.

M. Musayev deyib ki, yarmarkada kənd təsərrüfatı məhsullarının satışı üçün 110 piştaxta quraşdırılıb. Həmin piştaxtalardan 33-ü arıçılar üçün, qalanları isə digər fermerlərə ayrılıb: “33 piştaxtaya hər bölgədən bir arıçı fermer dəvət olunub”.

www.yenicag.az

4859
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv