Bakıda körpə ehtiyatsızlıq səbəbindən xəsarətlər alıb.
Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Bacısının qucağında olan 2019-cu il təvəllüdlü Yıldırım İbrahim Ayxan oğlu ehtiyatsızlıqdan döşəmənin üzərinə düşüb. Körpə dərhal xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozu qoyulub.
Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib./Report/