54 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Yenicag.az xəbər verir ki, Xəzər rayonu, Günəşli sanatoriyasında yaşayan 1965-ci il təvəllüdlü Fəxrəddin Salmanov pilləkəndən yıxılıb. O, ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb və orada əməliyyat zamanı dünyasını dəyişib./Report/