Bakıda bədbəxt hadisə – 87 yaşlı kişi eyvandan yıxılıb öldü

Ötən gün Bakıda 87 yaşlı kişi eyvandan yıxılaraq ölüb.

Yenicag.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumatda hadisənin Nərimanov rayonu, Təbriz küçəsi, 17 ünvanında baş verdiyi bildirilib.

Dördmərtəbəli binanın üçüncü mərtəbəsində yaşayan 1932-ci il təvəllüdlü Əhmədov Oqtay Abbasqulu oğlu ehtiyatsızlıqdan eyvandan yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

COP29