Bakıda yaşlı qadın dəm qazından zəhərlənib.
Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsi, Pravda küçəsi ev 14-də baş verib.
Həmin evdə yaşayan, 1941-ci il təvəllüdlü Kərimova Nuriyyə Abdulla qızı yaşadığı evin həyətindəki yarımçıq tikilidə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.