Bakıda BƏDBƏXT HADİSƏ – Gənc qız paltar asarkən çoxmərtəbəli binadan yıxılıb öldü – VİDEO

Yasamalda azyaşlı hündürmərtəbəli binadan yıxılaraq ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə video sosial şəbəkədə paylaşılıb.

Hadisə paytaxtın Yasamal rayonunda baş verib. Binanın 6-cı mərtəbəsində paltar asan 2004-cü il təvəllüdlü Məmmədova Aytac Fərid qızı müvazinətini itirib və yerə düşüb.

Ağır durumda olan A. Məmmədova xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.