Bakıda bədbəxt hadisə: Qadın binadan yıxılaraq öldü

Bakının Nizami rayonunda bədbəxt hadisə baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Q.Qarayev küçəsindəki hündürmərtəbəli binaların birində qeydə alınıb.

Belə ki, yaşlı qadın həmin binanın yuxarı mərtəbələrindən yıxılaraq dünyasını dəyişib.

Hadisənin təfərrüatları araşdırılır./ONA/