Bakıda beşmərtəbəli binada yanğın baş verdi

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli binada yanğın baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.