Bakıda Beynəlxalq Ana Dili Günü qeyd olunub – FOTO/VİDEO

Paytaxtın 221 nömrəli tam orta məktəb və “Edutime” Təhsil və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 21 fevral Beynəlxalq Ana Dili gününə həsr edilmiş tədbir təşkil olunub.

Yenicag.az xəbər verir ki, sözügedən məktəbdə baş tutan tədbirdə Milli Məclisin deputatları, rəsmi şəxslər, QHT və media rəhbərləri iştirak edib.

Tədbirin əvvəlimdə məktəbin 2-ci sinif şagirdlərinin ifasında Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərinin motivləri əsasında bədii kompazisiya təqdim olunub.

Daha sonra çıxış edən Milli Məclisin deputatları Arzu Nağıyev, Vüqar İskəndərov, Elşən Musayev və Naqif Həmzəyev ana dilinin önəmi haqda danışaraq şagirdlərə və müəllimlərə müəyyən təklif və tövsiyələr veriblər.

Tədbirdə Bakı Şəhər Təhsil İdarəsinin şöbə müdiri Günay Qurbanova, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Dövlət Pedaqpji Universitetinin (ADPU) professoru Həcər Hüseynova, Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, 226 nömrəli məktəbin direktoru Arzu Məmmədova da çıxış edərək ana dilinin əhəmiyyəti haqda danışıblar.

Yekunda çıxış edən 221 saylı məktəbin direktoru Günel Səmədova tədbir iştirakçılarına minnətdarlığını bildirib. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Məsimə Məmmədova

COP29