Bakıda Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turniri keçiriləcək

futzalDekabrın 22-27-də AFFA-nın dəstəyi və Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turniri keçiriləcək.

Yeniçağ.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin idman sarayında təşkil olunacaq yarışda “Şimşək”, “Birlik”, “Zirvə” və “Ümid” komandaları birincilik uğrunda mübarizə aparacaqlar.

 

Yeniçağ.Az