Bakıda bəzi avtomagistrallarda sürət həddi endirildi

Yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti – hava limanı – Mərdəkan və Zığ-Beton yolu – hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.

Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a bildirilib ki, məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır. Sürücülərə diqqətli olmaları, yağışlı hava şəraitini nəzərə almaları və sürət həddini aşmamaları tövsiyə edilir.