Bakıda BIÇAQLANMA – Metro yaxınlığındakı dava qanla bitdi

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

“Memar Əcəmi” metrostansiyasının yaxınlığında bir neçə nəfərin iştirakı ilə dava olub. Dava zamanı 23 yaşlı Əlimurad Əlövsət oğlu Bədəlov bıçaq xəsarətləri alıb. Yaralı təcili tibbi yardım ilə xəstəxanaya çatdırılıb. Onun bədənində 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır./Report/